Dünya futbolu

ÇL oyunu öncəsi “Barselona”ya şad xəbər

“Barselona”nın yarımmüdafiəçisi Pedri komanda ilə məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalının Çempionlar Liqası 1/4 final mərhələsinin PSJ-yə qarşı ilk oyununda meydana çıxması gözlənilir.

Martın 3-də 21 yaşlı oyunçu sağ bud əzələsindən zədə alıb. Yarımmüdafiəçi bu mövsüm artıq iki dəfə oxşar problemlə üzləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43