Dünya futbolu

ÇL oyunu öncəsi “Mançester Yunayted”ə şad xəbər

“Mançester Yunayted” zədəliləri yenidən komandaya qayıdır.

İdmanxeber.az-ın məlumatına görə, Rafael Varan və Meyson Maunt heyətlə birlikdə məşqlərə başlayıb. Ancaq futbolçuların “Bavariya” ilə oyunda iştirakı sual altındadır.

Xatırladaq ki, “Bavariya” – “Mançester Yunayted” matçı bu axşam saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43