Dünya futbolu

Con Teri karyerasını bitirdi

Con Teri futboldan getdi.

2017-2018 mövsümündə “Aston Villa”dan ayrıldıqdan sonra klubsuz qalan Con Teri “instagram” səhifəsindən etdiyi paylaşımla futbolu buraxdığını açıqlayıb. O, möhtəşəm keçən 23 ilin ardından futboldan getmək vaxtının çatdığını bildirib.

“Çelsi”nin yetirməsi olan futbolçu London təmsilçisində bir çox uğurlar qazanıb. O, “Zadəgənlar”la 5 İngiltərə çempionluğu, İngiltərə Federasiya kuboku ,Çempionlar Liqası və Avroliqa  çempionluqları yaşayıb.

Əfsanəvi futbolçu “Çelsi” forması ilə keçirdiyi  717 matçda 67 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43