Ölkə futbolu

Con Toşak ilə Vladislav Qədirov arasında gərginlik

Hazırda Premyer Liqa çərçivəsində keçirilən “Rəvan” – “Xəzər Lənkəran” matçında gərgin anlar yaşanıb.

Belə ki, oyunda  “Rəvan”ın futbolçusu yerdə qalıb. “Xəzər Lənkəran”lı oyunçu fair-play qaydalarına əsasən, topu auta çıxartmalı olsa da, bunu etməyib. Bu hərəkətdən sonra ev sahiblərinin baş məşqçisi Vladislav Qədirov hakimə kəskin etirazını bildirib. Həmin anda ikincilərin çalışdırıcısı  Toşak da özündə çıxıb və iki məşqçi arasında gərginlik yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43