Ölkə futbolu

Con Toşak: “Mən bunu sizə tam əminliklə deyirəm”

"Xəzər Lənkəran" baş məşqçisi Con Toşak İspaniyada "Marca" nəşrinə müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında "Tottenhem"in futbolçusu Qaret Beylin "Real"a keçidindən danışıb və həmyerlisinə tərif yağdırıb.

“Transfer qiymətinin 100 milyon avro olması futbolçunun günahı deyil. Bu qiyməti klub prezidentləri razılaşdırıb və onların günahıdır. Yayda Beylin bəxti gətirmədi, 2 komanda – “Tottenhem”lə “Real”ın arasında qaldı. Qaret fantastik futbolçudur. Sizi buna inandırıram. Buna şübhə də etməyin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43