Ölkə futbolu

“Azərbaycanla oyuna yaxşı köklənmişik”

“Hər iki oyuna hazırlıq yüksək səviyyədə gedir. Komandada problem yoxdur. İlk oyunumuz Lüksemburqla olacaq. 

Bu sözləri Rusiya yığmasının üzvü Viktor Fayzulin deyib. Yerli mətbuata açıqlama verən Fayzulin DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəkləri Lüksemburq və Azərbaycanla oyun barədə danışıb.

 İlk dəqiqələrdən hücuma atılaraq erkən qol vurmağa çalışacağıq. Düşünürəm ki, istənilən heyətlə Lüksemburqa qalib gəlməliyik. Hər kəs yaxşı başa düşür ki, bizə iki qələbə lazımdır. Buna görə də, həm Lüksemburq, həm də Azərbaycanla oyunlara yaxşı köklənmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43