Ölkə futbolu

Adil Şükürov: “Futbolçularım sona qədər döyüşdülər”

“Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün biz qazandıq. Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Zirə” məğlubiyyəti (0:1) sonrası deyib. O, daha sonra görüşün baş hakimi Rəvan Həmzəzadənin performansı barədə danışıb:

“Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndir. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.

Şükürov oyundan sonra Rəşad Sadıqovla aqressiv görüşməsinə belə cavab verib:

“Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkiyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43