Ölkə futbolu Premyer Liqa

AFFA-dan “Sumqayıt”a “sürpriz”

Bu gün Azərbycan Premyer Liqasının 35-ci turunda “Sabah” “Sumqayıt”ı qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi matçının hakimləri də bəllidi. Masazırda keçiriləcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. 

Buna kimi “Sabah”ın 4 matçına təyinat alan Məmmədov sayca 5-ci dəfə “bayquşlar”ın oyununu idarə edəcək. Bu oyunların 3-də qələbəyə həsrət qalan “Sabah” yalnız 1 matçda 3 xala sevinib.

Maraqlıdır ki, geridə qalan 34 turun heç birində İnqilab Məmmədov “Sumqayıt”ın oyununa təyinat almayıb. AFFA bu baxımdan “Sumqayıt”a cari mövsümdə bir ilk yaşadacaq. “Kimyaçılar”ın bu mövsümdə ilk dəfə hansısa bir oyununu İnqilab Məmmədov idarə edəcək.

Xatırladaq ki, qarşılaşma saat 17:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43