İdman

Cüdoçumuzdan növbəti medal

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə keçirilən Qran-Pridə bu gün Azərbaycan daha bir uğur qazanıb.

 İdmanxeber.com-un məlumatına görə, 73 kq çəkidə çıxış edən Fəqan Quluzadə bürünc mükafatın sahibi olub.

O, həlledici görüşdə digər azərbaycanlı cüdoçu Telman Vəliyevlə qarşılaşıb və qalib gəlib. 81 kq-da isə Afiq Səfərli üçüncülük uğrunda görüşdə koreyalı Yunq Von Yuna uduzub.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəkidə çıxış edən Davud Məmmədsoy bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43