Ölkə futbolu

DƏQİQLƏŞDİ: “Neftçi” və “Qarabağ” arasındakı Superkubok matçı harada keçiriləcək?

“Superkubok matçını Türkiyədə keçirməyi nəzərdə tutmuşduq. Amma görünən odu ki, bu istəyimiz baş tutmayacaq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın qalibi “Qarabağ” və ölkə kubokunun sahibi “Neftçi” arasında keçiriləcək Superkubok matçının yanvarda Türkiyədə baş tutacağı gözlənilirdi. Lakin PFL-in planı dəyişib. Musayevin sözlərinə görə, Türkiyə variantı alınmayıb. Bu səbəbdən oyun Bakıda keçiriləcək: “Təbii ki, Superkubok matçını keçirmək fikrimiz var. Sadəcə, Türkiyə variantı alınmayacaq. İstəyimiz baş tutmadı. Buna görə də, “Qarabağ” və “Neftçi” komandalarının görüşü elə Bakıda keçiriləcək”.

Superkubok matçının hansı tarixdə keçiriləcəyi isə hələlik dəqiqləşməyib (apasport.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43