Dünyadan

Dadaşov Almaniyada komandasına qələbə qazandırdı – VİDEO

Millimizin sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo Berlin” Almaniyada Şimal-Şərq Regional Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Enerji”nin (Kotbus) qonağı olub.

Qarşılaşma Dadaşovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov meydana start heyətində çıxıb və komandasının yeganə qolunu vurub. “Dinamo” 29 xalla 2-ci pillədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43