Kateqoriyasız

Daha 2 il “Sabah”da

“Sabah” FK Elvin Camalovla yeni müqavilə bağlayıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2024-cü ilin may ayına kimidir.

Elvin 2021-ci ilin iyul ayından komandanın uğurları üçün çalışır. O, son mövsümdə “Sabah”ın heyətində 29 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43