Kateqoriyasız

Millinin oyunu uelsli hakimlərə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

İdmanxeber.ax AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Uels Futbol Federasiyasından Robert İan Jenkins idarə edəcək. Ona həmyerliləri İan David Bird və Aşley Davis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını  Aleks Mcinch yerinə yetirəcək.

İyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43