İdman

Daha bir legioner “Neftçi”dən göndərildi

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paraqvaylı yarımmüdafiəçi Fransisko Qarsiyanın müqaviləsinə qarşılıqlı razılıq əsasənda xitam verilib.

Qeyd edək ki, Qato ləqəbli futbolçu qış fasiləsində “Neftçi”yə transfer olunmuşdu.

Xatırladaq ki, “Neftçi” daha əvvəl İlkin Qırtımov, İqnasio Errera, Derlis Meza Kolli, Rəşad Sadiqov və Elnur Cəfərovla da yolları ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43