Kateqoriyasız

Daha iki futbolçu “Qarabağ”dan göndərilir (ÖZƏL)

“Qarabağ” futbolçusu Elton Yaqublu ilə yollarını ayırır.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Ağdam təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində deyil. 

Gənc müdafiəçi ilə yanaşı Azər Salahlının da komandadan göndəriləcəyini gözləmək olar. Hər halda Qurban Qurbanov sözügedən futbolçuları komandada görmək istəmir.

Qeyd edək ki, “Qarabağ” bundan öncə Dmitrovski ilə yolları ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43