İdman

Daha iki güləşçimiz finalda

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının finalına daha iki təmsilçimiz vəsiqə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Mahir Əmiraslanov türkiyəli Nəbi Uzun üzərində 13:2 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Digər təmsilçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə tam üstünlüklə suriyalı Karem Abdullanı məğlub edərək İslamiadada qızıl mükafat uğrunda yarışacaq.

Xatırladaq ki, Cəbrayıl Həsənov (74 kq) 1/8 final mərhələsində İran pəhləvanı Peyman Yarahmadiyə uduzaraq mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43