İdman

Dario Federikonun növbəti tur oynayıb-oynamayacağı bilindi

“Neftçi” ilə oyunda meydana çıxa bilməyən Dario Federikonun növbəti turda oynayıb-oynamayacağı məsələsinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı forvardın son klubu olan Cənubi Koreya klubu “Sonnam”dan gözlənilən beynəlxalq transfer vərəqəsi artıq PFL-ə gəlib. 

Futbolçunun tələb olunan bütün sənədləri artıq PFL-də olduğundan Darionun “Keşlə” ilə baş tutacaq ev matçında çıxış etməsi gözlənilir.

Qeyd edək ki, “Kəpəz” – “Keşlə” matçı fevralın 18-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43