Ölkə futbolu

“Dayanmırıq, çalışırıq” – Adil Şükürov

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Çünki oyunun nəticəsindən asılı olmayaraq 90 dəqiqə komandanı dəstəklədilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Sabah” oyunu sonrası deyib:

“Düzdü, futbolçular çalışdı ki, biz gəldiyimiz qısa müddətə baxmayaraq daha böyük addımlar atsınlar. Amma bu indi alınan bir şey deyil. Müəyyən bir vaxt lazımdır. Dayanmırıq, çalışırıq. Müəyyən işlərdə irəliləyişlər var. Aqressivliyi komandaya gətirə bilmişik. Sonluq çatışmır. Gələcək oyunlarda bunu da həll etməyə səy göstərəcəyik. Futbolçulara da minnətdaram. Bütün güclərini ortaya qoydular. Uşaqlar nələrsə etməyə çalışırlar. Gələcək oyunlara baxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43