Ölkə futbolu

“Hakimlərin çoxu məni sevmir” – Murad Musayev

“Çox vacib qələbə qazandıq. Çətin oyun idi. Üçüncü qolu da vurmalıydıq. Qarşıdakı görüşlərə hazırlaşacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev deyib. O, daha sonra belə davam edib:

“Burada oynamaq hamıya çətindir. Hətta “Qarabağ”a belə. Süni meydançadır, çətin olur oynamaq. Tovuza gələndə yaxşı oyun gözləməyin. Əsas xalları qazanmaqdır. “Kəpəz” hücum futbolu oynayırdı, onlara qarşı qalib gəlmək asan deyil”.

Musayev daha sonra hakimlər barəsində də danışıb:

“İki ildir buradayam hakimlikdən razı deyiləm. “Qarabağ”la oyunda Aleksey İsayevin ayağını tapdalıyırlar, həmin futbolçumuz daha sonra başqa oyunçumuzu vurur. Ancaq qayda pozuntusu olmur. Bizə qarşı çox sərt oynayırlar. Hakimlər dəyişsə, “sarı” almaram. Çox sadə epizodlara foul verirlər. Avropada belə epizodları saxlamırlar.

Bugünkü hakimlik də bərbad səviyyədə idi. Biz həftə boyunca əziyyət çəkirik, amma hakimlər nəticəmizi alimizdən alır. Çalışıram dözəm, amma alınmır. Hakimlər çox müdafiə olunur. Məşqçi cəzalanır, amma onlar yox. Eyni qaydada davam edirlər. Bilirəm ki, Hakimlər Komitəsinin sədri Barış Şimşək işinin peşəkarıdır. Yaxşı mütəxəssisdir. Ancaq işi çətindir. İnsanlara yeni nəyisə öyrətmək asan olmur. Yaxşı hakimlər də var. Ada çəkmək istəmirəm. Buradakı 3:2 qalib gəldiyimiz “Turan Tovuz” oyununda əla hakimlik var idi. Amma bilirəm ki, onların çox məni sevmir”

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43