Kateqoriyasız

DÇ-2014: Hollandiya Braziliyanı darmadağın edərək üçüncü oldu – VİDEO

DÇ-2014-də bürünc medalçının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, üçüncülük uğurunda Braziliya və Hollandiya milliləri üz-üzə gəlib.

Almaniyaya rüsvayçı şəkildə (1:7) məğlub olan meydan sahiblərinin bu matçda "zambaqlar" ölkəsinə uduzmayacağı gözlənilsə də, bu belə olmayıb. Hollandiya ilk hissədə vurduğu iki, ikinci yarı da isə bir qolla Braziliyanı darmadağın edib – 3:0.

12 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Braziliya – Hollandiya – 0:3

Qollar: Van Persi, 3-pen. (0:1), Blind, 17 (0:2), Viynaldum, 90+1 (0:3)

Baş hakim: Camal Haymudi (Əlcəzair)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43