İdman

DÇ-2018-də ədaləti qoruyacaq hakimlər: 80 ildən sonra ilk (SİYAHI)

FİFA DÇ-2018-in oyunlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

İdmanxeber.com-u məlumatına görə, Rusiyadakı mundialda ümumilikdə 99 referi ədaləti təmsil edəcək. Onların 36-sı əsas, 63-ü isə köməkçi hakimlər olacaq.

Maraqlı məqam ondan ibarətdir ki, mundialda Böyük Britaniyanı təmsil edən hakim olmayacaq.

Sonuncu dəfə belə hal 80 il bundan əvvəl –  1938-ci ildə baş vermişdi.

Ümumilikdə siyahı aşağıdakı kimidi:

Cüneyt Çakır (Türkiyə), Fahad Al Mirdasi (Səudiyyə Ərəbistanı), Joel Aquilar (Salvador), Matteu Konqer (Yeni Zelandiya), Alireza Faqani (İran), Mark Qeyqer (ABD), Norbert Hauata (Taiti), Ravşan Irmatov (Özbəkistan), Ceyr Marrufo (ABD), Mohammed Abdulla Mohamed (BƏƏ), Rikardo Montero (Kosta Rika), Feliks Brix (Almaniya), Ryuji Sato (Yaponiya), Con Pitti (Panama), Navaf Abdulla Şukralla (Bəhreyn), Sezar Arturo Ramos Palasuelos (Meksika), Sergey Karasyov (Rusiya), Byorn Kuypers (Hollandiya), Mehdi Abid Şaref (Əlcəzair), Julio Baskunan (Çili), Şimon Marçinyak (Polşa), Malanq Dyedyu (Seneqal), Enrike Kaseres (Paraqvay), Antonio Migel Mateu Lahos (İspaniya), Bakari Papa Qassama (Qambiya), Andres Kunha (Uruqvay), Milorad Maziç (Serbiya), Qead Qrişa (Misir), Nestor Pitana (Argentina), Canluka Rokki (İtaliya), Canni Sikazve (Zambiya), Sandro Riççi (Braziliya), Damir Skomina (Sloveniya), Bamlak Tessema Veyesa (Efiyopiya), Vilmar Roldan (Kolumbiya), Klemen Turpin (Fransa).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43