İdman

DÇ 2018-də Yeni Zellandiya qalib gəldi, rəqibini gözləyir

DÇ-2018-in seçmə mərhələsinin Okeaniya zonasının qalibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, iki oyunun yekununda (6:1, 2:2) Solomon yığmasına qalib gələn Yeni Zelandiya qitələrarası pley-offa yüksəlib.

Ada təmsilçisi DÇ-nin final mərhələsinə vəsiqə uğrunda matçda Cənubi Amerika zonasının 5-ci komandası ilə görüşəcək. Bu oyunlar noyabrda baş tutacaq.

Qeyd edək ki, Cənubi Amerika zonasının seçmə mərhələsinin sonuna iki tur qalmış 5-ci pillədə Argentina millisi qarşılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43