Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın Bakıdakı ev oyunları saat neçədə başlayacaq?

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının C qrupunda yer alan təmsilçimiz "Qarabağ"ın eləcə də, digər klubların keçirəcəyi matçların başlama saatlarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu səfər matçlarını ÇL-nın ənənəvi saatında 22:45-də oynayacaqsa, paytaxtımızda  reallaşacaq görüşlər saat 20:00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" rəqiblərini Bakı Olimpiya stadionunda qəbul edəcək.

 

12 sentyabr

22:45. "Çelsi" – "Qarabağ"

 

27 sentyabr

20:00. "Qarabağ" – "Roma"

 

18 oktyabr

20:00. "Qarabağ" – "Atletiko" Madrid

 

31 oktyabr

22:45. "Atletiko" Madrid – "Qarabağ"

 

22 noyabr

20:00. "Qarabağ" – "Çelsi"

 

5 dekabr

22:45. "Roma" – "Qarabağ"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43