İdman

“Çelsi” və “Qarabağ”ın hansı futbolçuları 4 il əvvəl bir klubda çıxış edib? – 2 KOMANDANI BİRLƏŞDİRƏN AMİLLƏR

Sentyanrın 12-su UEFA Çempionlar Liqasının C qrupunun görüşləri çərçivəsində “Qarabağ” səfərdə “Çelsi”nin qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın rəsmi saytı ilk dəfə üz-üzə gələcək komandalar haqda maraqlı məlumatlar dərc edib. Yazıda “Çelsi”nin ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gəldiyi, Ağdam klubunun isə daha əvvəl “Tottenhem”lə qarşılaşdığı qeyd olunub. Bundan başqa, hər iki komanda arasında olan əlaqələr də vurğulanıb.

Belə ki, hazırda “Qarabağ”da çıxış edən qapıçı Anton Kanibolotski və “Çelsi”nin yarımmüdafiəçisi Vilian 2012-2013 mövsümündə Ukraynanın “Şaxtyor” komandasının heyətində yer alıblar. “Köhlən atlar”ın heyətində bir futbolçu var ki, “zadəganlar”la matç onun üçün ilk olmayacaq. Söhbət 2010-cu ildə “Birminqem”in şərəfini qoruyan indiki “Qarabağ”lı Miçeldən gedir. İspan futbolçu 7 il əvvəl “Çelsi”yə qarşı görüşdə meydanda olub. 

Yazıda, AVRO 2016-nın seçmə mərhələsinin görüşləri çərçivəsində “Çelsi”nin hazırkı baş məşqçisi Antonio Kontenin İtaliyanın sabiq çalışdırıcısı kimi Azərbaycana qarşı mübarizə apardığı göstərilib. Palermo şəhərində baş tutan İtaliya – Azərbaycan görüşündə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanmışdı. Həmin vaxt “Qarabağ”ın 8 futbolçusu – Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Elvin Yunusadə, Ağabala Ramazanov, Bakıda Hüseynov,  Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov Antonio Kontenin komandasına qarşı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43