İdman

DÇ 2018-in pley-off cütləri nə vaxt bəlli olacaq? -AÇIQLANDI

DÇ 2018-in Avropa zonası üzrə seçmə pley-off görüşlərinin püşkatmasının vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, mərasim bu ilin oktyabr ayının 17-nə təsadüf edəcək. Püşkatma İsveçrənin Sürix şəhərində baş tutacaq.

Qeyd edək ki, Avropa zonasında 9 qrupun qalibi DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 8 ən yaxşı qrup ikincisi isə dörd cütlüyə bölünəcək və pley-offda mübarizə aparacaq. Qaliblər Rusiyada keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, artıq H qrupunun qalibi olan Belçika yarışa birbaşa vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43