İdman

Elşad Əhmədov: “Rəhbərlik güvənsə, məsuliyyəti üzərimə götürürəm”

“Çempionatda yaranan fasilə işimizə yaradı. Yaxşı hazırlıq keçdik. MOİK-lə oynadığımız yoxlama matçında futbolçularımızın nəyə qadir olduğunu yaxşı gördüm”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Neftçi”də hazırda baş məşqçi vəzifəsini icra edən Elşad Əhmədov deyib. Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacaqları “Sumqayıt” matçında ciddi hazırlaşdıqlarını söyləyən çalışdırıcı, qələbəyə ümid etdiklərini söylədi: “Məqsədimiz ilk 3 xalı aktivimizə yazdırmaqdı. Hələlik bu postda qalıb-qalmayacağım sual altındadı. Hər halda rəhbərlik və azarkeşləri yaxşı nəticələr qane edər, mənim də istəyim budu.  Əlbəttə ki, rəhbərlik güvənəcəyi təqdirdə bu işi sona qədər üstlənməyə hazıram. Məsuliyyəti öz üzərimə götürürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43