Dünya futbolu

DÇ-2022: Püşkatmadan əvvəl səbətlərin tərkibi bəlli olub

Qətərdə keçiriləcək dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlum olub. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

I səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya

II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya

III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis

IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.

Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43