Dünya futbolu

DÇ-2026-nın şüarı açıqlandı: “WE ARE 26”

FİFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatının rəsmi şüarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri 3 il sonra keçiriləcək mundial öncəsi futbolsevərlərə mesaj verib. O, DÇ-2026-nın şüarının “WE ARE 26” (Biz 26-yıq) olaraq bəlirləndiyini açıqlayıb.

Dünya çempionatı 2026-cı ildə iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin final mərhələsində ilk dəfə olaraq 48 komanda iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43