Ölkə futbolu

Premyer Liqa: Bayılda lider fərqi

Misli Premyer Liqasının 34-cü turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən az azarkeş qeydə alındığı matçı Qəbələdə baş tutub. Yerli komandanın “Turan Tovuz”a məğlub olduğu (1:2) oyunu 450 azarkeş izləyib. 

Turun digər qarşılaşmaları – “Zirə” – “Kəpəz” və “Neftçi” – “Şamaxı” matçında iki stadionda da 600 tərəfdar qeydə alınıb. 

Premyer Liqada qalma mübarizəsini aparan “Sumqayıt”ın görüşünə isə maraq az olmayıb.

Yerli azarkeşlər vacib oyun öncəsi sevimli komandalarını tək qoymasalar da, “kimyaçılar” “Sabah”a qarşı oyunda darmadağın olublar – 4:0. Matçı stadiondan 1300 tərəfdar izləyib.

Turun ən çox azarkeş qeydə alındığı görüşü isə “ASCO Arena”da keçirilib. Lider “Qarabağ”ın “Səbail” qarşısında çempionluğunu elan etdiyi matçda tribunlarda 2000 tərəfdar yer alıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43