Dünya futbolu

“Everton” amerikalı iş adamına satılır

İngiltərənin “Everton” klubunun sahibi dəyişir.

İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi amerikalı iş adamına satılmağa yaxındır. Bildirilir ki, klub 600 milyon funt sterlinq qarşılığında əl dəyişdirəcək.

Bununla yanaşı, Everton”un yeni sahibi kluba təzə stadion tikəcək. 

Xatırladaq ki, “göylər”in hazırkı sahibi Fərhad Moşiridir. Klubun 94 faiz səhmlərinə sahib olan iranlı iş adamı 2016-cı ildən Liverpul tmsilçisinə rəhbərlik edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43