Dünya futbolu

De Bruyne karyerasını MS-də bitirmək istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi ilə bağlı qərar verib.

İdmanxeber.az Britaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu klubu ilə müqaviləsini uzatmaq və karyerasını 35 yaşında başa vurmaq variantını nəzərdən keçirir.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

De Bruyne bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43