Kateqoriyasız

De Byazi göndərilirmi? – AFFA bu gün qərar verəcək

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
3. Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
4. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
5. Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
6. Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43