Kateqoriyasız

De Hea “Real”a keçsəydi nə qədər qazanacaqdı?

“Mançester Yunayted”in qapıçısı David de Heanın “Real”la bağlanmalı olan sazişin şərtləri bəlli olub.

Korner.az-ın məlumatına görə, İngiltərə mediasına sızan xəbərdə ispan qapıçının inanılmaz qazancının olacağı ortaya çıxıb.

Belə ki, de Hea yayda “Real”a keçsəydi illik 6 milyon avro qazanacaqdı. Bu, mükafat məbləğləri ilə birlikdə 12 538 182 avroya qədər qalxacaqdı.

“Arsenal”ın qapıçısı Petr Çexin isə London klubuna 11 milyon avroya gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43