Dünya futbolu

De Rossi ispaniyalı forvardı istəyir

“Atletiko”nun hücumçusu Alvaro Morata “Roma”nın maraq dairəsindədir. 

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Daniele De Rossi transfer strategiyasını müzakirə etmək üçün klub rəsmiləri ilə görüşüb. Mütəxəssis Morata ilə yanaşı, “Torino”nun müdafiəçisi Raul Bellanovanı da istəyir.

İspaniyalı forvardın müqaviləsində 15 milyon avroluq satınalma maddəsi var. Lakin o, mövsümün sonunda satın alma opsionu ilə də icarəyə verilə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43