Dünya futbolu

De Rossi “Roma”da qalacaq

Daniele de Rossi növbəti mövsümdə də “Roma”nı çalışdıracaq.

İdmanxeber.az xəbər verir ki, paytaxt klubu bu barədə rəsmi saytından məlumat verib.

De Rossi bu ilin yanvarından “Roma”nın baş məşqçisidir. O, bu postda Joze Mourinyonu əvəz edib.

40 yaşlı mütəxəssislə 16 oyuna çıxan “canavarlar” 11 görüşdə qələbə qazanıb, 3 oyunda heç-heçə edib, 2 dəfə isə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43