Dünya futbolu

Kloppun köməkçisi “Beşiktaş”ı çalışdıra bilər

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun köməkçisi Pep Leynders “Beşiktaş”ı çalışdıra bilər.

İdmanxeber.az “Sabah” nəşrinə əsasən məlumat verir ki, 41 yaşlı mütəxəssis İstanbul klubunun rəhbərliyinə önərilib.

6 ildir Kloppun köməkçisi olan Leynders daha öncə qısa müddət Erediviziya klubu “Neymegen”də baş məşqçilik edib. Bu, onun yeganə baş məşqçilik təcrübəsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43