Ölkə futbolu

Di Françesko “Roma”dan göndərilir

“Roma” Di Françeskonu istefaya göndərir.

İtaliya mətbuatının yaydığı xəbərə görə, klubun prezidenti Ceyms Pallotta 49 yaşlı mütəxəssisi bu mövsümün startında qeyri-kafi nəticələrə görə istefaya göndərməyi düşünür. Xəbərdə artıq onun yerinə keçəcək namizədlərin də bəlli olduğu bildirilib. Namizədlər arasında Antonio Konte, Loran Blan və Vinçenso Montella  olduğu yazılıb.

Qeyd edək ki, “Roma” A seriyasında 5 turdan sonra 5 xalla 14-cü pillədə qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43