Dünyadan

Di Maria finalda oynaya biləcəkmi?

DÇ-2014-ün Belçika ilə 1/4 final qarşılaşmasında ombasından zədə alan Di Maria final görüşündə çıxış edə bilər.

İdmanxeber.com-un məlumatına görə, argentinalı ulduz keçirilən məşqdə imkanlarını 60-80 %-dən istifadə edə bilib. Belə olan halda isə millinin həkimləri  futbolçunun final görüşündə çıxış edə biləcəyini söyləyiblər.

Qeyd edək ki, DÇ-2014-ün finalında Argentina millisi ilə Almaniya üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43