Dünya futbolu

Di Mariya “Yuventus”dan ayrılır

“Yuventus”un vingeri Anxel di Mariya komandadan ayrılır.

İdmanxeber.az “Sky Sports”a istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun müqaviləsi başa çatır. O, yayda azad agent kimi klubu tərk edəcək.

Argentinalı bir neçə klubun diqqət mərkəzindədir.  Futbolçu 2022-ci ilin yayında “Yuventus”a keçib.

O, komandanın heyətində 37 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43