Ölkə futbolu

Dieqo Madriqal: “Mənə “İnter”in oyun üslubu xoş gəlir”

“İnter”in kostarikalı hücumçusu, TPL-in 21-ci turunda “Simurq”a qarşı səfər oyununda meydana çıxmasından iki dəqiqə sonra qola imza ataraq, komandasının minimal hesablı qələbəsini təmin etmiş Dieqo Madriqal maraqlı fikirlər səsləndirib. İdmanxeber.com Madriqalın fikirlərini diqqətinizə çatdırır:

“Mənim komanda yoldaşlarım və məşqçi xoşbəxt idilər. Mən bilirəm ki, ümidləri doğrultmaq üçün “İnter”də istənilən imkandan istifadə etməliyəm”.

“Mən əminəm ki, “İnter”də Avropa klublarının qeydlərinə düşə biləcəyəm. Bu, tamamilə realdır”, deyə futbolçu hesab edir.

“Mənə “İnter”in oyun üslubu xoş gəlir. Bu, mənə uyğundur. Məhz bu səbəbdən mən özümü burada sınamaq qərarına gəldim”, deyə Madriqal etiraf edib.

Xatırladaq ki, Madriqal Kosta-Rika yığmasında 11 oyun keçirib və bir qol vurub.

(La Nacion Costa Rica)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43