İdman

Dieqo Simeonenin “Qarabağ” oyunu öncəsi son qərarı

Çempionlar Liqasının 4-cü turunun görüşləri çərçivəsində “Metropolitano” stadionunda “Qarabağ”ı qəbul edəcək “Atletiko” qarşılaşmadan əvvəl məşqini başqa arenada keçiriəcək.

İdmanxeber.comun məlumatına görə, paytaxt klubunun çalışdırıcısı Dieqo Simeone məşq prosessini əvvəlki stadionları “Visente Kalderon”a salmağı məqsədəuyğun hesab edib.

Bununla belə argentinalı baş məşqçi matçdan əvvəl jurnalistlərin suallarını “Atletiko”nun hazırkı arenası “Metropolitano”da cavablandıracaq.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” görüşü oktyabrın 31-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43