İdman

“Çelsi”nin futbolçusu heç-heçə edən “Qarabağ”ın oyunu haqda: “Bu “Atletiko”ya yaraşmadı”

“Çelsi”nin futbolçusu Markos Alonso “Atletiko”nun Çempionlar Liqasının qrupundakı çıxışına şərh verib.

İdmanxeber.com-un məlumatına görə, “Marca”ya danışan oyunçu ispan klubunun “Qarabağ”la oyunda qazandığı nəticənin onlara heç yaraşmadığını bildirib: “Atletiko” “Qarabağ”la heç-heçə oynamaqla işini əngələ saldı. “Atletiko” yaxşı komandadı, “Qarabağ”la bərabərə qalmaqları sürpriz oldu. Biz isə “Atletiko”ya qarşı səfərdə yaxşı oynadıq. İndiki vəziyyətdə məni yalnız “Roma” ilə görüşümüz narahat edir. Qalib gəlib, növbəti mərhələyə vəsiqə qazana bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43