Dünya futbolu

Dimitri Nazarovun durumuna aydınlıq gəlib

Almaniyanın “Aue” klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bunu yerli mətbuata açıqlamasında “Aue”nin köməkçi məşqçisi Robin Link verib. O, Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını bildirib: “Nazarov tibbi müayinədən keçdi. Biz onun zədəsinin ciddi olduğunu düşünürdük, amma belə olmaması yaxşı oldu. Dimitrinin əməliyyata da ehtiyacı yoxdur. O, yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq”.

Qeyd edək ki, Nazarov “Aue”nin aparıcı üzvüdür.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43