19 Sentyabr 2024
Kateqoriyasız

“Dinamo” – “Qəbələ” matçının başlama saatı bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Dinamo” (Tiflis) – “Qəbələ” matçının başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 2-də, Boris Payçadze adına “Dinamo” arenasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 9-da, Qəbələdə baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43