İdman

“Dinamo”nun sabiq üzvü “Neftçi”də! (RƏSMİ)

Antalya hazırlığını davam etdirən “Neftçi” PFK daha bir futbolçu ilə güclənib. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu ukraynalı müdafiəçi Kirilo Petrovla ilyarım müddətinə müqavilə bağlayıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan “Krivbas” və “Arsenal” klublarının formasını geyinib. Polşada (“Korona” klubunda) legioner həyatı yaşamış Kirilo Petrov, Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43