Dünyadan

“Dnepr”in futbolçusu: “Qarabağ” təmiz qol vurmuşdu”

“Qarabağ”la “İnter”in heç-heçə oynadığını eşidəndə sevincimizin həddi-hüdudu yox idi”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Ukraynanın “Dnepr” klubunun yarımmüdafiəçisi Sergey Kravçenko “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə vurduğu təmiz qolun sayılmamasına münasibət bildirərkən deyib.

Dnepropetrovski təmsilçisinin üzvü çexiyalı hakimin “Qarabağ”a qarşı haqsız davrandığını bildirib:

“Bəxtimiz gətirdi. Amma sonradan “Qarabağ”ın vurduğu qolu gördüm. Təmiz qol idi! Hakimin onu niyə saymadığını anlamadım. Prinsipicə, bəxtimiz gətirdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43