Kateqoriyasız

“Dnepr”in futbolçusu: “Xal itkisinin heyifni “Qarabağ”la matçda çıxmağa çalışacağıq”

“Dnepr”in futbolçusu Brunu Qama “Sent Etyen”lə bərabərə qaldıqları oyun haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, Portuqaliyalı forvard 1 xal qazandıqları oyunu belə şərh edib:

“Çətin oyun oldu. Rəqibin də qol epizodları oldu, bizim də. Amma oyun qolsuz heç-heçə ilə başa çatdı. Səfərdə oynamaq çətindi. Ona görə də bu nəticəni yaxşı hesab etmək olar. Amma növbəti oyunu evdə keçirəcəyik. Bu xal itkisinin heyifni “Qarabağ”la matçda çıxmağa çalışacağıq.

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” görüşü oktyabrın 23-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43