Kateqoriyasız

Dodo: “Bu mövsüm çempion olmaq istəyirik”

“Qəbələ”nin braziliyalı futbolçusu Dodo ölkəsinin mətbuatına müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın kapitanı Azərbaycan klubundakı çıxışından və Avropa Liqasının qrup mərhələsindən danışıb.

Dodo, həmçinin bu mövsüm klub tarixində ilk dəfə Azərbaycan çempionu olmaq istədiklərini bildirib: “Bu mövsüm bizim üçün möhtəşəm oldu. Avropa Liqasının qrup mərhələsində oynayırıq. Bu böyük uğurdur. “Qəbələ”nin uğurlarının davamını gətirməliyik. Həmçinin bu mövsüm ilk dəfə çempion olmaq istəyirik. Bu komanda ilə tarix yazmaq istəyirəm. Azarkeşlərimiz ən yaxşı qələbələrə layiqdirlər. Onlar bizə hər zaman dəstək olurlar. Komandamız yaxşı formadadır və uğur qazana biləcəyimizə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43