Kateqoriyasız

Dodo: “Yeni arzu ilə yaşayıram”

“Qəbələ”nin braziliyalı futbolçusu Dodo ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “sambaçı” Avroliqadan danışaraq, əsas hədəflərinin Azərbaycan çempionu olmaq olduğunu bildirib:

“Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra yeni arzu ilə yaşayıram. Bu uğurda bütün oyunçuların əməyi oldu. Mən də Avropa Liqasında bacardığımı etdim, çalışdım ki, yüksək səviyyədə oyun nümayiş etdirim.

Hazırda 1-ci pillədən bir az uzaqlaşmışıq. Amma rəqabət apararaq hər şey edə bilərik. Biz bu uğurun arzusu ilə yaşayırıq. Lakin Azərbaycana qayıdana qədər ailəmlə birlikdə vaxt keçirmək istəyindəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43