Ölkə futbolu

Dorinel Munteanu: “Bu oyunu unutmalıyıq”

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Ağsu”nu məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı.

Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi): Kubok oyununda sürprizlər olur. Amma şadam ki, komandamız bu gün yaxşı oynadı və mərhələ adladı. Futbolçularımı təbrik edirəm. Lakin biz bu oyunu unutmalı və çempionatdakı oyunlara hazırlaşmalıyıq”.

Rüfət Quliyev (“Ağsu”nun baş məşqçisi): “İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Bizim qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda az oynamaq şansı qazanan futbolçulara etimad göstərək. Bizim üçün yaxşı bir imtahan oldu. Səhvlərimizin üzərində işləməliyik. Futbolçulardan narazılığım yoxdur. Hər şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib olanda biri də məğlub olmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43